Misirin “Zamalek” klubu son 3 il yarım ərzində baş məşqçiləri əlcək kimi dəyişib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, klub rəhbərliyi son olaraq Ehab Qalalı komandanın “sükanı arxası”na gətirib.
Bununla Qalal “Zamalek”in 3,5 ildə 23-cü baş məşqçisi olub. 2014-cü ildə prezident postuna əyləşdikdən sonra tez-tez baş məşqçi dəyişikliyinə əl atan Mortada Mansurun axırıncı “qurbanı” Neboyşa Yovoviç olub.
Komanda ilə 1,5 illik müqavilə imzalayan Qalalın da tezliklə qovulacağı indidən proqnozlaşdırılır. Hətta yerli mətbuat “Zamalek”in gün gün “Əl Əhli”yə məğlub olacağı təqdirdə, bunun baş verəcəyini istisna etməyib.