Azərbaycan millisinin futbolçusu Kamran Ağayev yenidən Topaz Premyer Liqasında meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, 30 yaşlı qapıçının adı bu gün keçiriləcək “İnter” – “Kəpəz” matçının protokoluna daxil edilib.
Paytaxt klubunda debüt edəcək Ağayev 425 gündən sonra Premyer Liqada oynamaq imkanı qazanıb. O, çempionatımızda sonuncu dəfə 2014-cü il dekabrın 21-də “Qəbələ” – “İnter” qarşılaşmasında forma geyinmişdi.
Həmin vaxt əyalət klubunun formasını geyinən qolkiper indiki komandasına qarşı oynamışdı. “İnter”lə qarşılaşmada rəqibini vurduğu üçün AFFA tərəfindən cəzalanan Kamran cari mövsümün ikinci yarısının ilk 3 matçını da buraxmışdı. “İnter”lə oyundan sonra Türkiyədə legioner həyatı yaşayan qolkiper 1 il 2 aydan sonra “bankirlər”in üzvü kimi “İnter Arena”ya çıxacaq.
Qeyd edək ki, Ağayev Premyer Liqa karyerasında keçirdiyi 192 matçda 153 qol buraxıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”