[b]49 illik rekordun astanasında[/b]
24.09.2015 - 10:42
[b]49 illik rekordun astanasında[/b]

Milan “İnter”i 49 illik rekordu təkrarlamağa çox yaxındı. Apasport.az saytının məlumatına görə, “neradzurra” 1966/67 mövsümündən bəri ilk dəfə mövsümə ardıcıl 5 qələbə ilə start götürür.

 

Yayda heyətində ciddi dəyişikliklər edərək A seriyasına möhtəşəm start götürən Milan klubu V turda “Verona”nı (1:0) məğlub edərək, itkisiz irəliləməkdə davam edir. Geridə qalan 5 turdan sonra Roberto Mançininin komandası 15 xalla turnir cədvəlinə başçılıq edir. Klub 1966/67 mövsümündən sonra ilk dəfə bunu bacarmış olur.

 

Qeyd edək ki, “İnter” 1966/67 mövsümünün startında ardıcıl 7 qələbə qazansa da, çempion ola bilməmişdi.