“Atletik”in müdafiəçisi Aymerik Laportenin “Mançester Siti”yə keçidi rəsmiləşdirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “şəhərlilər” yeni transferi artıq təqdim ediblər.
Bu keçid Bilbao təmsilçisinə 65 milyon avro pul qazandırıb. Fransalı mərkəz müdafiəçisi yeni komandasında 14 nömrəli formanı geyinəcək.
Bununla da “Mançester Siti” son 4 ildə aldığı 6 müdafiəçi üçün xərclədiyi məbləğin sayını 333 milyon avroya çatdırıb. İngilislər 2014-cü ildə “Porto”dan Elakim Manqalanı 54, 2015-ci ildə “Valensiya”dan Nikolas Otamendini 45, 2016-cı ildə “Everton”dan Con Stounzu 55, ötən il isə “Tottenhem”dən Kayl Uolkeri və “Monako”dan Benjamin Mendini 57 milyon avroya transfer edib.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"