[b]6-cı çempionluq[/b]
07.05.2018 - 09:22
[b]6-cı çempionluq[/b]

Bosniya və Herseqovina çempionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Zrinski” sona iki tur qalmış qızıl medalları təmin edib.

 

Bu, “Şiroki Briyeq” üzərində 3:1 hesablı qələbədən sonra rəsmiləşib. Çempionun ən yaxın izləyicisi “Jelezniçar” “Radnik”ə uduzub və Mostar təmsilçisinin qızıl mükafat qazanmasına əngəl olmaq şansını itirib.

 

Belə ki, “Zrinski”nin 66, “Jelezniçar”ın 60 xalı var. Sona iki tur qalsa da, əlavə göstəricilərdəki üstünlük mostarlıları əlçatmaz edib.

 

Beləliklə, ardıcıl 3-cü, ümumilikdə 6-cı çempionluğu qazanan “Zrinski” Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə əldə edib.