“Yuventus” İtaliya A seriyasında rekorda imza atıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “qoca sinyora” buna X turda “Spal”la qarşılaşmada nail olub.
Belə ki, dünən baş tutan görüşdə 4:1 hesablı qələbə qazanan Turin təmsilçisi cari mövsümdə qollarının sayını 31-ə çatdırıb. Bununla, “Yuve” İtaliyada mövsümün ilk 10 turuna əsasən son 66 ilin ən məhsuldar komandası olub.
Buna qədər rekord elə “ağ-qaralar”ın özlərinə məxsus olub. Belə ki, 1951-52 mövsümündə də eyni göstəriciyə imza atan “Yuventus” həmin vaxt ümumilikdə 98 qolla Skudettonu qazanıb. Hazırda isə rekord sayda qola baxmayaraq, komanda 25 xalla 3-cü pillədə qərarlaşır.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi