[b]6 ildən sonra Superliqada[/b]
29.04.2018 - 13:13
[b]6 ildən sonra Superliqada[/b]

Türkiyə Superliqasına vəsiqə qazanan daha bir komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Çaykur Rizəspor”dan sonra “Ankaragücü” də elitaya yüksəlib.

 

PTT I Liqanın XXXIII turunda “Manisaspor”u 3:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisinin sona bir tur qalmış mövsümü ikinci pillədə bitirəcəyi dəqiqləşib. Bununla “Ankaragücü” 6 ildən sonra yenidən Superliqaya yüksəlib. Komanda şəhərdə böyük coşğu ilə qarşılanıb.

 

Qeyd edək ki, Superliqanın üçüncü iştirakçısı pley-off oyunlarından sonra müəyyənləşəcək.

0