Topaz Premyer Liqasının XXXV turu xoşagəlməz hadisə ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, “Bakı” və AZAL arasında paytaxt derbisi zamanı meydan sahiblərinin vurduğu qol qalmaqala səbəb olub.
Belə ki, oyunun taleyini həll edən qola 71-ci dəqiqədə imza atan Milinko Pantiçin yetirmələri “Fair Play” qaydalarını kobud şəkildə pozub. Qarşılaşma zamanı qol vurmaqda çətinlik çəkən və artıq neçə turdur qələbə qazana bilməyən “zolaqlılar” bu uğursuzluğa ədalətli oyun qaydalarına zidd yolla son qoyub.
AZAL-ın qapıçısı Ruslan Məcidov zədələnərək yerdə qaldığı vaxt bundan istifadə edən Aleksandar Şoliç topu kənara vurmaq əvəzinə rəqib qapısından keçirib. Bu da “təyyarəçiləri”in qəzəbinə səbəb olub. Həmin an meydanda kiçik münaqişə yaşanıb.
Qeyd edək ki. “Bakı” “Fair Play” qaydalarını pozması ilə əvvəllər də diqqət mərkəzinə düşüb. 2009/10 mövsümündə Azərbaycan kubokunun finalında “Xəzər Lənkəran” üzərində qazanılan qələbə zamanı da Ernad Skuliç “Bakı” üçün belə qol vurmuşdu.
[b] “Bakı” “Fair Play” qaydalarına yenə tüpürdü[/b]
12.05.2014 - 18:59
0
0