[b] “Neftçi” – “Bakı”: Penalti, yoxsa qırmızı vərəqə?[/b]
04.04.2014 - 16:29
[b] “Neftçi” – “Bakı”: Penalti, yoxsa qırmızı vərəqə?[/b]

Topaz Premyer Liqasının XXIX turunun mərkəzi oyunu olan “Neftçi” – “Bakı” matçına təyinat alan Əliyer Ağayev mövsümdə 24-cü çempionat görüşünü idarə edəcək. Apasport.az saytının məlumatına görə, FİFA referisi fit çaldığı əvvəlki 23 matçda hər iki klubla dəfələrlə görüşüb.

 

Fevralın 15-də “Bakı”nın ev sahibliyi etdiyi paytaxt derbisində də Ağayev söz sahibi olmuşdu. Həmin görüşdə “Neftçi” səfərdən xalsız ayrılmışdı – 0:2. Ardıcıl 2-ci dəfə bu komandaların duelinə təyinat alan referinin yolları “ağ-qaralar”la 6 dəfə kəsişib.

 

Ağayevin idarə etdiyi qarşılaşmalarda “Simurq”u əvvəl bir (17.08.2013), sonra (02.02.2014) 3 cavabsız qolla yenən “Neftçi” “Qəbələ”ni (15.12.2013) də məğlub edib – 2:1. “Sumqayıt” (21.09.2013) və “Simurq”la (27.10.2013) qolsuz heç-heçələri də qeydə alan referi yalnız “Bakı”nın “ağ-qaralar”ı yenməsinə şahidlik edib. Bu qarşılaşmalarda həm son çempion, həm də rəqibləri eyni cəza – 1 qırmızı və 1 penaltiyə məruz qalıb.

 

“Bakı”nın 4 görüşündə baş hakim olan FİFA referisi bu matçlarda yalnız 1 penalti ilə diqqət çəkib. Bu qərar da bakılıların lehinə verilib. Onun idarəçiliyi altında “Qarabağ”a (04.10.2013) 0:3 hesabı ilə uduzan Milinko Pantiçin yetirmələri “Xəzər Lənkəran”ı (02.11.2013) eyni hesabla məğlub edib. “Neftçi”ni də Ağayevin idarə etdiyi matçda yenən “Bakı” martın 16-da “Qəbələ” ilə “sülh” bağlayıb – 1:1.

 

Qeyd edək ki, Ağayevin baş hakimi olduğun 23 qarşılaşmada meydan sahibləri 9, qonaqlar 6 qələbə qazanıb. Digər 8 görüş heç-heçə nəticələnib.