[b]“Ağ-qaralar”ın 46 milyonluq transfer arzusu[/b]
25.11.2017 - 10:35
[b]“Ağ-qaralar”ın 46 milyonluq transfer arzusu[/b]

İtaliyanın “Yuventus” klubu Duqlas Kostanın transfer hüququna yiyələnmək niyyətindədi. Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi Almaniya “Bavariya”sına məxsus yarımmüdafiəçi üçün 46 milyon avro ödəyəcək.

 

Bunu Bundesliqa klubunun İdarə Heyətinin rəhbəri Karl-Hayns Rummenigge açıqlayıb. O, braziliyalını birdəfəlik sata biləcəklərinə əminliyini gizlətməyib. Almaniyalı bu transferin dəqiqliyini qeyd edib.

 

27 yaşlı braziliyalı bu ilin yayından “Yuventus”da çıxış edir. İcarə əsasında “ağ-qaralar”ın şərəfini qoruyan cənubi amerikalı 10 oyunda 1 qol və 4 assistlə diqqət çəkib.