[b]“Anderlext”in prezidenti: Hədəf “Qarabağ” üzərində qələbədi[/b]
08.12.2015 - 16:12
[b]“Anderlext”in prezidenti: Hədəf “Qarabağ” üzərində qələbədi[/b]

“Bizim yalnız bir hədəfimiz var. Bu da iki gündən sonra “Qarabağ” üzərində qələbədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Anderlext” klubunun prezidenti Rocer Vanden Stok deyib.

 

Klub rəhbəri Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ”la qarşılaşması barədə fikir bildirib.

 

Stok dekabrın 10-da keçiriləcək görüş barədə iddialı danışıb: “Azərbaycan çempionuna qalib gəlməliyik və lazım olan qələbəni də qazanacağıq. Ola bilər ki, hazırda ən yaxşı oyunumuzu nümayiş etdirə bilmirik. Amma indiki ilə müqayisədə təkcə yaxşı deyil, daha pis də ola bilərdi. Kubokda “Kortriyk”ə uduzub, çempionatda “Genk”lə heç-heçə etdik. Amma son qarşılaşmada göstərdiyimiz oyun Avropa Liqası görüşü üçün ümid verir.

 

Qeyd edək ki, “Qarabağ”la “Anderlext” arasında Bakıdakı ilk oyunda belçikalılar 1:0 hesabı ilə qalib gəlib.