[b]“Anderlext”in zədəlisi sağaldı, “Qarabağ”la oyuna hazırdı[/b]
08.12.2015 - 18:23
[b]“Anderlext”in zədəlisi sağaldı, “Qarabağ”la oyuna hazırdı[/b]

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ı qəbul edəcək “Anderlext”də bir zədəli futbolçu sıraya dönüb. Apasport.az saytının Belçika mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Leander Dendonkerin zədəsi sağalıb.

 

Bir müddətdi zədədən əziyyət çəkən futbolçu son vaxtlar fərdi məşqlərlə kifayətlənirdi. Lakin artıq kollektivlə birgə məşqlərdə iştirak edən 20 yaşlı oyunçu “Qarabağ”la qarşılaşmaya tam hazır olacaq. Cəzalı Stiven Defurun yerinə təmsilçimizlə görüşdə məhz onun meydançaya çıxması gözlənilir.

 

Qeyd edək ki, “Anderlext” – “Qarabağ” oyunu dekabrın 10-da Brüsseldə keçiriləcək.