İngiltərə FA kubokunda 1/32 final mərhələsinin oyunları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Premyer Liqa klublarından daha üçü meydana çıxıb.
“Vest Hem” səfərdə “Şryusberi” ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 0:0.
“Tottenhem” “Uimbildon”a gücünü göstərib – 3:0.
Digər görüşdə isə “Arsenal” sensasiya ilə üzləşib. Kubokun son qalibi olan londonlular səfərdə “Nottingem”ə uduzub – 2:4.
Reqlamentə görə, qalib gələn komanda növbəti mərhələyə keçir, bərabərlik halında isə görüş yenidən oynanılır.
İngiltərə FA kuboku
1/32 final
7 yanvar
“Şryusberi” – “Vest Hem” – 0:0
“Tottenhem” – “Uimbildon” – 3:0
Qollar: Keyn, 63, 65, Vertongen, 71
“Nottingem” – “Arsenal” – 4:2
Qollar: Liçay, 20, 44, Brereton, 64, Dauell, 85 – Mertezaker, 23, Uelbek, 79