Çempionlar Liqasının qrup mərhələsinin IV turunun “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) oyunu qonaqların darmadağını ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 1:5 hesabı ilə uduzan London təmsilçisinin yenilgisi “topçular”ın tarixində nadir hadisədi.
Belə ki, “Arsenal”ın avrokuboklar tarixində 2-ci dəfə 5 qol buraxıb. İndiyədək yalnız 1 dəfə belə aciz qalan londonluların ilk belə uğursuzluğu 33 il əvvələ təsadüf edir.
1982-ci il sentyabrın 29-da ingiltərəlilər SSRİ-ni təmsil edən “Spartak”a uduzub. Moskva təmsilçisi “Hayberi”də 5:2 hesablı qələbə qazanıb. London klubu avrokuboklarda 12 min 89 gündən sonra 5 qol buraxıb.
Həmin qarşılaşma UEFA kubokunun 1/32 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilib.
“Arsenal”ın qapıçısı Petr Çex isə 4 il öncə 5 qol buraxıb. 2011-ci il oktyabrın 29-da çexiyalı qolkiperi məhz “Arsenal” məyus edib. 1467 gün əvvəl “Çelsi”nin şərəfini qoruyan qapıçı Premyer Liqada indiki klubunun qarşısında aciz qalıb – 3:5.
Maraqlıdı ki, həm Çex, həm “Arsenal”ın “Bavariya” ilə matça qədərki sonuncu “5”i ev oyununda qeydə alınıb.