[b]“Arsenal” və "Beşiktaş"ın “təklifinə” “Qarabağ”dan rəsmi münasibət[/b]
27.12.2014 - 16:07
[b]“Arsenal” və "Beşiktaş"ın “təklifinə” “Qarabağ”dan rəsmi münasibət[/b]

“Bədavi Hüseynov çox gözəl bir il keçirdi. Əslində belə bir futbolçuya təklifin gəlməsi normal qarşılanar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəl deyib.

 

O bildirib ki, Bədavi Hüseynovla bağlı çıxan transfer xəbərləri doğru deyil: “Bədavini Avropanın bir neçə klubunun istədiyi xəbərini mən də internetdən oxumuşam. Amma bununla bağlı bizə nə şifahi, nə də yazılı müraciət olub. Yəni bu xəbərlər əsassızdı”.

 

Qeyd edək ki, Bədavi Hüseynovun adı “Arsenal”, “Seltik”, “Zalsburq”, “Olimpiakos” və “Beşiktaş” kimi tanınmış klublarla birgə hallanırdı.