[b]“Atletiko” nümayəndəsini Bakıya göndərir[/b]
10.02.2015 - 10:39
[b]“Atletiko” nümayəndəsini Bakıya göndərir[/b]

“Atletiko”nun baş meneceri Migel Anhel Gil Marin yenidən Azərbaycana gələcək. Apasport.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, Madrid klubu rəsmisinin səfərində məqsəd sponsorluq müqaviləsi ilə bağlı danışıq aparmaqdı.

 

Artıq iki ildi “Land of Fire Azerbaijan” sözləri yazılan formanı geyinən “Atletiko”nun Azərbaycan tərəfi ilə müqaviləsi cari mövsümün sonuna qədərdi. İspaniya klubu bu əməkdaşlığın davam etdirilməsində maraqlıdı və tərəfdaşı Hafiz Məmmədovla danışıq aparmaq üçün Marini bu həftə paytaxtımıza göndərməyi planlaşdırır.

 

Marin ölkəmizdəki işini tamamladıqdan sonra Türkiyəyə gedəcək. Arda Turanın keçidindən sonra Türkiyədə yaxşı dostlar qazanan “Atletiko” bu ölkə nümayəndələri ilə də əməkdaşlıq etmək fikrindədi. Marin səfər zamanı “Turkish Airlines” şirkətinin rəhbərliyi ilə sponsorluq məsələsini müzakirə edəcək.