Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ı qəbul edəcək “Atletiko” qarşılaşmaya ciddi itkilərlə çıxa bilər. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, madridlilərin iki aparıcı oyunçusunun iştirakı sual altındadı.
Bunlar yarımmüdafiəçilər Koke və Yannik Karraskodu. Birinci dünən ilk dəfə topa toxunub və məşqin böyük hissəsində fərdi çalışıb. Belçikalı isə trenajor zalında hazırlaşmaqla kifayətlənib. Onların “Qarabağ”la oyunun iştirak ərizəsinə salınıb-salınmayacaqlarına bu gün aydınlıq gələcək. Belə ki, bugünkü məşq baş məşqçi Dieqo Simeonenin adıçəkilən oyunçular barədə fikrini qətiləşdirəcək. Kokenin oynamaq ehtimalı komanda yoldaşı ilə müqayisədə nisbətən çox göstərilir.
Qeyd edək ki, sabah keçiriləcək “Atletiko” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 23:45-də start götürəcək.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi