“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən olan “Atletiko” bütün komanda ilə məşqlərini bərpa edib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “Elçe” ilə (1:1) kubok matçına aparılmayan futbolçular birgünlük istirahətdən sonra kollektivə qoşulublar.
Zədəli olduğu üçün “Qarabağ”la ilk görüşü, həmçinin “Selta” ilə La Liqa və “Elçe” ilə kubok matçını buraxan yarımmüdafiəçi Koke də artıq kollektivə qoşulub. Ulduz futbolçu ilk dəfə topla rəftar etməyə başlayıb. Onun La Liqanın növbəti turu çərçivəsində “Vilyarreal”la sabahkı qarşılaşmada iştirakı baş məşqçi Dieqo Simeonedəna asılıdı. Ancaq Kokenin gələn həftə “Qarabağ”la keçiriləcək görüşə tam hazır olacağı bildirilib.
Əvəzində digər yarımmüdafiəçi Yannik Karrasko hələ də fərdi hazırlaşır. Son məşqi trenajor zalında keçən belçikalının sabah heyətə cəlb edilməsi gözlənilmir. Hətta Karraskonun “Qarabağ”la oyunda iştirakı da sual altındadı.
Qeyd edək ki, “Atletiko” – “Qarabağ” görüşü oktyabrın 31-də “Vanda Metropolitano” stadionunda keçiriləcək.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi