[b]“Ayaqlarım tutmayana qədər içirəm” – sabiq “Real”lı[/b]
19.07.2016 - 11:55
[b]“Ayaqlarım tutmayana qədər içirəm” – sabiq “Real”lı[/b]

“Mən 1-2 stəkan alkoqollu içki ilə kifayətlənməyən insanlardanam. Ayaqlarım tutmayana qədər içirəm”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Madrid “Real”ının və Braziliya yığmasının sabiq futbolçusu Sisinyo deyib.

 

Son olaraq, Türkiyənin “Sivasspor” klubunda çıxış etmiş “sambaçı” maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Sağ cinah müdafiəçisi alkoqolizmdən əziyyət çəkdiyini etiraf edib.

 

O bildirib ki, yaxınlarının məsləhətlərinə rəğmən, spirtli içkidən əl çəkə bilmir: “Mənə xəbərdarlıq etdilər. Dedilər ki, bu cür həyat tərzi səni öldürəcək. Bir dəfə 18 bokal kaypirinya kokteyli və 14 şüşə pivə içdikdən sonra İsa peyğəmbərlə “mübahisə etdim”. O qədər içmişdim ki, özümdə deyildim”.

 

Qeyd edək ki, karyerası ərzində “Roma” və “Vilyarreal” klublarının da formasını geyinmiş Sisinyo Braziliya millisində keçirdiyi 15 oyunda 1 qola imza atıb.

 

 

 

 

 

0