[b]“Ayntraxt” uduzdu, Emil Balayev izlədi[/b]
16.01.2015 - 02:11
[b]“Ayntraxt” uduzdu, Emil Balayev izlədi[/b]

Millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi Almaniyanın “Ayntraxt” klubu BƏƏ-nin Abu-Dabi şəhərində təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası Asiya ölkəsində ilk yoxlama matçını keçirib.

 

Frankfurtlular digər Bundesliqa təmsilçisi “Hamburq”la qarşılaşıb. Görüşdə “Ayntraxt” 2:3 hesabı ilə uduzub. Bu oyunda Balayev meydana çıxma şansı əldə edə bilməyib.

 

Xatırladaq ki, sözügedən qarşılaşmadan sonra hər iki komandanın futbolçularına medal tədqim edilib.