[b]“Azar stabil oyun göstərməyə tam hazırdı” – Antonio Konte[/b]
30.09.2017 - 14:32
[b]“Azar stabil oyun göstərməyə tam hazırdı” – Antonio Konte[/b]

Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Çelsi” İngiltərə Premyer Liqasında növbəti oyununu bu gün “Mançester Siti”yə qarşı keçirəcək. Apasport.az saytı xəbər verir ki, “zadəganlar”ın baş məşqçisi Antonio Konte matçdan öncə Eden Azar haqda fikir bildirib.

 

İtaliyalı çalışdırıcı klubun rəsmi saytına açıqlamasında Azarı tərifləyib. O, belçikalı futbolçunun əvvəlki formasına qayıtdığını bildirib: “Ötən mövsüm Azar üçün vacib idi. O, həmin mövsümü əla keçirdi. Zədələndikdən sonra Edenin sıraya dönməsini gözləyirdik. Bunun öhdəsindən gələ bildik. Onu yavaş-yavaş əvvəlki formasına qaytardıq. Zədədən qayıtdıqdan sonra Azarı böyük oyunlarda birdən-birə əsas heyətdə meydana buraxa bilməzdim. “Atletiko” ilə görüşdə özünü yaxşı tərəfdən göstərdi. Bu isə o deməkdi ki, Azar stabil oyun sərgiləməyə tam hazırdı”.

 

Qeyd edək ki, “Çelsi” – “Mançester Siti” matçı Bakı vaxtı ilə 20:30-da start götürəcək.

0