“Gənc hakim olsa, başa düşərəm. Rəhim Həsənov FİFA dərəcəli hakimdi. Mənə haqsız yerə qırmızı vərəqə göstərdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın hücumçusu Nurlan Novruzov deyib.
Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Sumqayıt”la qarşılaşan “Bakı” görüşü 10 nəfərlə tamamladı. 90+1-ci dəqiqədə Nurlan Novruzov birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu. Gənc futbolçu baş verənləri bu cür izah edib: “İkili mübarizə zamanı ayağım bilmədən Bəxtiyar Həsənalızadəyə dəydi. Aut atacaqdılar, üzrxahlıq üçün Bəxtiyara yaxınlaşdım. Elə mən yaxınlaşmışdım ki, Bəxtiyar qışqırmağa başladı. Sən demə, hava şaxtalı olduğundan, ağrını gec hiss eləyib. Həmin anda azarkeşlər qışqırdılar ki, guya Bəxtiyarın ayağını tapdaladım. Baş hakim də bu hay-küydə özünü itirib, mənə qırmızı vərəqə verdi. Özü də Bəxtiyarla qardaş kimiyəm. Kaş ona yaxınlaşmayaydım. Oyundan sonra Rəhim Həsənova günahsız olduğumu dedim. O da bildirdi ki, daha gecdi”.
Novruzovun fikrincə, qırmızı vərəqə almasaydı, oyun penaltilər seriyasına qədər uzanmayacaqdı: “Meydandan qovulmasaydım, yüz faiz qol vuracaqdım. Düzdü, çox gözəl oyun getdi. Onların da qol imkanları oldu. “Sumqayıt”ın hücumçusu Kiyan Sultanpur sanki bizdən oynayırdı. Xeyli qol imkanını qaçırdı”.
Qeyd edək ki, “Bakı” ölkə kubokunun 1/8 final mərhələsində “Sumqayıt”ı penaltilər seriyası ilə məğlub edərək, növbəti mərhələdə “Qarabağ”a rəqib olub.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi