“Hədəfimiz çempion titulunu qazanmaqdır. Klubun tarixində ilk dəfə qızıl medallara yiyələnməsi üçün mübarizə aparırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin kapitanı Dodo deyib.
Braziliyalı yarımmüdafiəçi vətənində verdiyi açıqlamada özünün və klubunun iddialarından danışıb: “Klubun tarixinə ilk çempionluğu qazanan oyunçulardan biri kimi düşmək istəyirəm. Azarkeşlərimiz sevimli komandalarının çempionluq sevincini yaşamağa layiqdi. Çempionatı turnir cədvəlinin ən yüksək pilləsində bitirmək arzusundayıq. Hazırda işlərimiz də yaxşı gedir. Əla mövsümü keçirib, Avropa Liqasının qrupunda da mübarizə aparırıq. İndiki tempdə davam edib, qələbələrimizin davamını gətirməliyik. Bu, mövsümü qalib kimi bitirmək üçün vacibdi”.