[b]“Azərbaycan komandaları və ölkə çempionatı getdikcə güclənir”[/b]
18.01.2015 - 15:23
[b]“Azərbaycan komandaları və ölkə çempionatı getdikcə güclənir”[/b]

“Adından da bəlli olduğu kimi bu hazırlıq matçıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Mehmet Özdilək deyib.

 

“Beşiktaş”ın sabiq kapitanı ötən gün “Neftçi” ilə Antalyada təlim-məşq toplanışı çərçivəsində "Kayseri Ərciyəsspor"la keçirilən yoldaşlıq görüşündən sonra “flaqman”ın saytına 0:0 hesablı bərabərə qalmalarına şərh verib: “Gələn həftə bizdə Superliqanın oyunları başlayır. Hazırlıq oyunları gələcək üçün çox önəmlidi. Bu gün hər iki komanda üçün yaxşı bir məşq oldu. Hər iki tərəfin qol vəziyyətləri oldu. Matçda həm sürət, həm də mübarizə vardı. Azərbaycan komandaları və ölkə çempionatı getdikcə güclənir. Bu komandada da fərdi ustalığı yüksək səviyyədə olan futbolçular var".