“Ümumilikdə yaxşı oynadıq. Amma Azərbaycan millisi kəskin əks-hücumlarda çox güclü idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Finlandiya millisinin baş məşqçisi Yarkko Viss deyib.
O, Azərbaycan millisi ilə yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “İki oyuna əsasən hər şeyin qaydasında olduğunu düşünürəm. Futbolçularımızın əksəriyyəti bu matçlara qədər bir-biri ilə eyni komandada çıxış etməmişdi. Bəziləri üçün isə yeni ab-hava idi. Amma onlar səviyyələrini göstərib, əzmkarlıqla mübarizə apardı. Xüsusilə də Zinin oyununu qeyd etmək istəyirəm. O, təcrübəli oyunçu kimi komandanı arxasınca aparırdı. Azərbaycanla oyunlarda bəzi 1997-ci il təvəllüdlülərə də şans verdik. Onlardan da razı qaldım. Azərbaycan millisi iki heç-heçə heç də pis deyil. Təbii ki, qələbə qazanmaq istərdik. Amma rəqib Avropa çempionatının elit-raunduna hazırlaşan komandadı”.
Qeyd edək ki, Finlandiya – Azərbaycan oyunu 1:1 hesabı ilə başa çatıb.