[b]“Azərbaycanda çalışmaq variantı konkret deyildi” - Vladimir Mazyar[/b]
06.04.2016 - 18:32
[b]“Azərbaycanda çalışmaq variantı konkret deyildi” - Vladimir Mazyar[/b]

Fəaliyyətini ötən ilin yayında dayandıran Zaqatalanın “Simurq” klubunun tarixinə düşən Vladimir Mazyar Azərbaycan futboluna qayıdışının mümkünlüyünə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, son iş yeri Ukraynanın “Stal” klubunun baş məşqçisi vəzifəsi olan gənc çalışdırıcı ölkəmizə yeni ampluada gələ bilməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

 

“Simurq”un tarixinə ən məhsuldar futbolçu kimi düşən və klubla Premyer Liqanın bürünc medalını qazanan Mazyar Azərbaycan və Polşa komandaları ilə danışıqların rəsmi məcrada davam etmədiyini açıqlayıb: “Danışıqlar müxtəlif olur. Amma bu variantlar o qədər də konkret deyildi. Yalnız Qazaxıstan variantı dəqiq idi. Lakin müəyyən səbəblər həmin təklifi dəyərləndirməyə imkan vermirdi. “Stal”la müqaviləm bitmədiyindən “hə” deyə bilməzdim”.

 

Qeyd edək ki, Mazyar “Stal”dan sonra “Sambor” klubunda məsləhətçi kimi fəaliyyət göstərir.

0