Ukraynanın tanınmış futbol eksperti Viktor Leonenko maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına geniş müsahibə verən Leonenko Azərbaycan və Qazaxıstan futbolu haqda da danışıb.
O, həmkarımızın “Qazaxıstan və Azərbaycana gedən ukraynalı futbolçulara münasibətiniz necədi?” sualına belə cavab verib: “Həmin ölkələrə yararsız futbolçular gedirlər. Əgər özünə hörmət edirsənsə, Qazaxıstana getməməlisən. Demirəm ki, Qazaxıstan pis ölkədi, sadəcə onların çempionatı haqda heç kim məlumatlı deyil. Razıyam, Azərbaycan və Qazaxıstanda futbolçulara yaxşı pullar verilir. Amma bu əsas vermir ki, həmin çempionatlara gedəsən. Hazırkı vəziyyət onu göstərir ki, Ukrayna futbolu pis günlərini yaşayır. “Şaxtyor”, “Dinamo” və “Dnepr” klublarını çıxmaq şərtilə, normal komandamız yoxdu. Buna görə də, ukraynalılar aşağı səviyyəli çempionatlara üz tuturlar”.