“Stoyka hansı əsasla yığmada qalmalıdı? O, Azərbaycan yığmasına uduzmaqla, şansını itirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldova Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Vladimir Çinkler deyib.
Noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçirilən yoldaşlıq görüşündə Azərbaycan yığmasına (1:2) məğlub olan Moldova millisinin baş məşqçisi Ştefan Stoyka istefaya göndəriləcək.
Yerli mətbuata açıqlamasında baş məşqçi postunda dəyişiklik ediləcəyini təsdiqləyən federasiya rəsmisi bunu millimizə məğlubiyyətlə əlaqələndirib: “Stoyka bundan sonra yığmanı çalışdırmayacaq. O, nəyə görə qalmalıdı? Biz Azərbaycanla qarşılaşmada müsbət nəticə gözləyirdik. Lakin komandamız məğlub oldu. Əgər Stoykanı postunda saxlasaq, insanlar bunu başa düşməyəcəklər. Moldova yığması ardıcıl 3 oyunda məğlub oldu. Belə vəziyyətdə onu necə millinin “sükanı arxası”nda saxlaya bilərik?”
Qeyd edək ki, hazırda Moldova yığmasının baş məşqçisi postuna 3 namizəd var. Bunlar İqor Dobrovolski, İon Testimitanu və Lilian Popeskudu.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı