[b]“Azərbaycan yüksək keyfiyyətli komandadı”[/b]
31.01.2018 - 15:07
[b]“Azərbaycan yüksək keyfiyyətli komandadı”[/b]

“Əgər yenidən çempion olmaq istəyiriksə, bütün rəqiblərlə matçlara xüsusi hazırlaşmalıyıq”. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu sözləri futzal üzrə İspaniya millisinin üzvü Anxel Lin deyib.

 

Sloveniyada təşkil edilən Avropa çempionatında bu gün ilk oyununu keçirəcək ispanlar Fransa millisi ilə qarşılaşacaq. Bu iki komandanın D qrupundakı digər rəqibi isə Azərbaycan yığmasıdı.

 

Turnir öncəsi yerli mətbuata açıqlama verən Lin yığmamızı xüsusi fərqləndirib: “Fransa yığması Avropa çempionatında debüt edəcək. Əgər seçmə mərhələdəki çıxışlarına nəzər yetirsək, yaxşı yolda olduqlarını görərik. Onlarla Fransada iki yoldaşlıq görüşü keçirmək imkanımız oldu. Fikrimcə, həmin görüşlər bizim üçün pis keçmədi. Azərbaycana gəlincə, onların yüksək keyfiyyətə malik komandaları var. Onlara qarşı ciddi hazırlaşmalıyıq”.

 

Qeyd edək ki, Azərbaycan yığması ilk oyununu fevralın 2-də Fransaya qarşı keçirəcək.