[b]“Qarabağ” rahat rəqib deyildi" - “Viktoriya”nın futbolçusu[/b]
15.07.2016 - 16:36
[b]“Qarabağ” rahat rəqib deyildi" - “Viktoriya”nın futbolçusu[/b]

“Hansı rəqiblə qarşılaşmaq istərdim? Hisslərim qarışıqdı. Cavab oyununun gedişatına baxacağıq. Amma mən Azərbaycandansa Lüksemburqa uçmağı seçərdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Viktoriya”nın futbolçusu Milan Petrjela deyib.

 

Çexiya təmsilçisinin üzvü Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la baş tutması mümkün olan görüşdən danışıb. Klubun rəsmi saytına fikirlərini bildirən Petrjela Ağdam klubu ilə 2 il öncə keçirdikləri və 1:3 hesabı ilə məğlub olduqları yoxlama matçını xatırladıb: “Gəlin, tələsməyək. Görək, cavab matçı necə nəticələnəcək? Bilirəm ki, 2014-cü ildə Avstriyada “Qarabağ”la yoxlama görüşü keçirib uduzmuşduq. “Qarabağ” bizim üçün rahat rəqib deyildi. Ancaq onlarla budəfəki sınağa daha yaxşı hazırlaşacağıq. Qələbə qazanmaq üçün maksimum gücümüzdən istifadə edəcəyik”.

 

Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” duelinin baş tutması üçün Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində “Düdelanj”ı mübarizədən kənarlaşdırmalıdı.

 

Lüksemburq təmsilçisi ilə Bakıda baş tutmuş ilk görüş “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

0