“Qarşıdakı oyunları gözləyirik. Hər iki matça yüksək motivasiya ilə köklənmişik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Almaniyanın U-21 yığmasının baş məşqçisi Ştefan Kuntz deyib.
Yerli mətbuata açıqlama verən çalışdırıcı AÇ-2019-un seçmə mərhələsində Azərbaycan və Norveçə qarşı keçirəcəkləri oyunlar haqda danışıb: “Avropa çempionatının seçmə mərhələsinə qələbə ilə başlamışıq. İndi isə Azərbaycan və Norveç yığmalarına qalib gəlmək istəyirik. Hər iki oyunda bizi qələbə qane edəcək. Bu, komandamızın inkişafı baxımından da önəm kəsb edir”.
Qeyd edək ki, Almaniya – Azərbaycan matçı oktyabrın 6-da Kottbus şəhərində baş tutacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”