[b]“Bakı” ölkə çempionatından birdəfəlik qovulacaq[/b]
04.05.2016 - 13:35
[b]“Bakı” ölkə çempionatından birdəfəlik qovulacaq[/b]

1-ci divizion təmsilçisi “Bakı” tarixin yaddaşına köçmək ərəfəsindədi. Apasport.az xəbər verir ki, bu barədə futbolinfo.az saytına məlumatı AFFA-nın hüquqşünası Rəmiş Malıyev verib.

 

Vaxtilə Çempionlar və Avropa Liqasında iştirak etmiş “zolaqlılar”ın aqibəti ilə bağlı verdiyimiz suala AFFA funksioneri bədbin notlarla cavab verdi: “Klubun qarşısına qoyulan tələb yerinə yetirilməyib: köhnə borclar ödənilməyib. Bu səbəbdən cari mövsümdə “Bakı”nın hesabından 2 dəfə xallar silinib. Yəqin ki, mövsüm başa çatdıqdan sonra qarşımıza paytaxt təmsilçisinin aşağı diviziona göndərilməsi tələbi qoyulacaq. Nəzərə alsaq ki, ölkəmizdə 1-ci diviziondan aşağı dəstə yoxdu, kluba bu yarışda iştirak etməyə də icazə verilməyəcək”.

 

Vəssəlam. “Bakı”nın maddi durumunun hansı vəziyyətdə olduğunu hər kəs bilir. Bu ad altında iştirak edəcəkləri qeyri-mümkünə çevriləcək ki, azərbaycansayağı çıxış variantına (klubun adının ardına əlifbanın hansısa hərfini əlavə edərək, yenisini yaratmaq) əl atmasalar, növbəti mövsüm Hafiz Məmmədovun AFFA-yla heç bir bağlılığı qalmayacaq. Nə qədər acı olsa da, faktdı: “Bakı” tezliklə Azərbaycanın klub qəbristanlığını “zənginləşdirəcək”.