“Travnerdən xəbər-ətər yoxdu. Hələ ki, gözləyirik. Ona mesaj göndərsək də, cavab yazmayıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun icraçı-direktoru Yaşar Seydov deyib.
Klub rəsmisinin sözlərinə görə, İngiltərə təmsilçisi “Ridinq”də baxışda olan Yure Travnerlə bağlı qərar hələ ki, verilməyib. Rəhbərlik sloveniyalı müdafiəçinin cavabına uyğun olaraq, addım atacaq: “Mətbuat yazıb ki, Travner “Ridinq”in heyətində məşqlərə qatılıb. Amma hələ ki, bu məsələ ilə bağlı rəsmi açıqlama yoxdu. Biz istəyirik ki, Travnerin özü ilə danışaq. Məsələyə aydınlıq gələnə qədər gözləyəcəyik. Onun cavabından çox şey asılıdı. Travner “Bakı”nın futbolçusudu və bizim icazəmiz olmadan başqa komandaya keçə bilməz. Bizə verəcəyi cavaba uyğun addım atacağıq”.
Seyidov “Bakı”nın gənc futbolçularını almaq istəyən klublara da mesaj göndərib. O bildirib ki, həmin oyunçuları transfer etmək üçün ilk növbədə, paytaxt klubunun rəhbərliyi ilə danışıq aparmaq lazımdı: “Bakı”nın öz yetirmələrinə təkliflər gələ bilər və bu, normaldı. Amma birinci növbədə, rəhbərliklə danışıq aparmaq lazımdı. İstər Nurlan Novruzov, istərsə də digərləri olsun, təklif gəlsə, ümumi razılıq əsasında buraxa bilərik”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı