“Artıq Bakıya qayıtmayacam. Çünki orda vəziyyət çox pisdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın yarımmüdafiəçisi Risto Ristoviç deyib.
Qış fasiləsi yaranmamış ölkəsi Serbiyaya yollanan serbiyalı futbolçu borcunu almadığı üçün klubun düşərgəsinə dönmür. Ristoviç artıq özünə başqa komanda axtardığını bildirib: “Bakı”da ciddi maliyyə problemi var. Maaşları və mükafatları almamışıq. Komandanın bundan sonrakı aqibətinin necə olacağını bilmirəm. Bu səbəbdən də ora qayıtmaqdan imtina etdim. Heç mənə zəng vuran da olmayıb. Hazırda özümə yeni komanda axtarıram. Yaxın bir həftədə yəqin ki, bunun bir nəticəsi olar”.
Qeyd edək ki, Risto Ristoviçin “Bakı” ilə müqaviləsi mövsümün sonuna qədərdi.