[b]“Bakı”nın daha bir futbolçusu İspaniyada oynayacaq[/b]
14.08.2014 - 13:31
[b]“Bakı”nın daha bir futbolçusu İspaniyada oynayacaq[/b]

“Bakı”dan maliyyə problemləri üzündən ayrılan ispaniyalı müdafiəçi Mario Alvares özünə yeni komanda tapıb. Apasport.az saytının xəbərinə görə, 32 yaşlı müdafiəçi  İspaniya Sequnda liqasında mübarizə aparan “Saraqosa” klubunda forma geyinəcək.

 

Futbolçu 2 illik müqaviləyə imza atıb.

 

Ötən mövsüm “Bakı”nın heyətində 30 oyunda meydana çıxan Alvares 2 qolun müəllifi olmuşdu.

 

Qeyd edək ki, bundan öncə ötən mövsümü “Bakı”da keçirmiş daha bir futbolçu, Ruben Qonzales Roşa da “Saraqosa” ilə müqavilə imzalayıb.