“Fernando Torresin qayıdışı komandanın azarkeşləri üçün yaxşı xəbərdi. Bu qərarı da məşqçilər korpusu verib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun sabiq baş məşqçisi Milinko Pantiç deyib.
Serbiyalı mütəxəssis futbolçu kimi şərəfini qoruduğu İspaniya “Atletiko”su ilə bağlı açıqlama verib. Pantiç madridlilərin sabiq futbolçusu Fernando Torresi sıralarına qatmasına da münasibət bildirib: “Çünki belə məsələlər məhz onların səlahiyyətlərindədi. Baş məşqçinin ondan meydandan necə yararlanacağını deyə bilmərəm. Bu sual mənə aid deyil. Düşünürəm ki, Torres burada uğur qazanacaq. Çünki öz evinin yanında çıxış edəcək. Həm də burada onu çox sevirlər”.
Qeyd edək ki, müqavilə ilə İtaliya “Milan”ına məxsus olan Torres “Atletiko”ya icarə əsasında keçib.