[b]“Bakı”nın sabiq kapitanı: Çətin ki, Azərbaycana gəlim[/b]
27.12.2014 - 14:43
[b]“Bakı”nın sabiq kapitanı: Çətin ki, Azərbaycana gəlim[/b]

“Bakı”nın bu vəziyyəti ürəyimi ağrıdır. Klubun bu vəziyyətə düşəcəyinə heç vaxt inanmazdım”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın sabiq qapıçısı və qapıçılarla işləyən məşqçisi Xalidu Sissoko deyib.

 

Hazırda Seneqalda olan 36 yaşlı gənc mütəxəssis Azərbaycana qayıtmaq haqda düşünmədiyini də qeyd edib: “Bakı”da qapıçı məşqçisi kimi də çalışdım. Vizamın vaxtı bitdiyindən qayıtmalı oldum. Çətin ki, yaxın gələcəkdə Azərbaycana gəlim. Amma qəlbim hər zaman “Bakı”nın yanında olacaq”.

 

Qeyd edək ki, Xalidu Sissoko uzun müddət “Bakı”nın kapitanlı olduqdan sonra ötən il bu komandaya qapıçı məşqçisi təyin edilmişdi.