[b]“Bakı”nın yetirməsi “Xəzər”də[/b]
09.01.2018 - 09:09
Azərbaycan çempionatının I divizionunda çıxış edən “Xəzər” heyətinə daha bir futbolçu qatıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi qış fasiləsində növbəti transferini reallaşdırıb.
Əldə olunmuş razılığa əsasən, mövsümün ilk yarısını "Şüvəlan"da keçirən Vadim Abdullayevlə mövsümün sonuna qədər müqavilə imzalanıb.
"Bakı" futbol klubunun yetirməsi olan 23 yaşlı yarımmüdafiəçi "Simurq" və "Qəbələ" klublarında da oynayıb.
0
0