[b]“Bakı”ya xəbərdarlıq: Mənim ağzımı açdırmasınlar![/b]
05.01.2015 - 15:34
[b]“Bakı”ya xəbərdarlıq: Mənim ağzımı açdırmasınlar![/b]

“Hansı futbolçu pulunu verən komandadan ayrılar? İndi evdə dincəlirəm, hadisələrin gedişinə görə hərəkət edəcəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın hücumçusu Nurlan Novruzov deyib.

 

21 yaşlı hücumçu “Bakı”nın ona borcunu ödəmədiyini və bu səbəbdən də başqa komandaya keçmək istədiyini bildirib: “Neftçi” də daxil olmaqla, bir neçə klubdan təklif almışam. Amma öncə “Bakı” ilə problemimi həll etməliyəm. Mən onlardan transfer vərəqəmi istəyirəm. Klubun mənə borcu var. Yalandan deməsinlər ki, Nurlana bir qəpik də borcumuz yoxdu. Mənim ağzımı açdırmasınlar. Maaşımı versəydilər, niyə ayrılmaq istəyərdim ki?”

 

Qeyd edək ki, Nurlan Novruzov Premyer Liqanın ilk iki dövrəsindən sonra 9 qolla bombardirlər yarışına başçılıq edir.

 

Ruslan SADIQOV