“Sanki, təyyarədən Dubaya düşmüşəm. Düşünürəm ki, Bakı Dubay kimi olacaq: binalar, işıqlandırma, müasir şərait”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun hollandiyalı futbolçusu Ruben Şaken deyib.
“Feyenoord”un yetirməsi Hollandiya mətbuatına açıqlamasında ötən ay gəldiyi ölkəmizdə gördüklərindən danışıb. Şəxsi sürücü ilə təmin olunan Şaken meqapolisdə yaşamasından, adi günlərdə 500-ə yaxın insanla birlikdə nahar etməsini də vurğulayıb: “Buradakı mağaza və şəbəkələri Milan və ya Londonda görmək olar. Burada gördüyüm hər şey iyunda Bakıda keçiriləcək Avropa Oyunları üçün nəzərdə tutulub”.
Şaken ölkəmizdə üzləşdiyi dil problemindən də danışıb: “Burda ingilis dilini bilənlər azdı. Fransız dilində danışan dostumsa yalnız “salam” və “necəsən” sözlərini bilir. Onlar Azərbaycan dilindən başqa, rus və türk dillərində danışır. Mən də klub rəhbərliyindən rus dili müəllim xahiş etmişəm ki, dil öyrənim. Baş məşqçimizin tapşırıqlarını daha yaxşı başa düşmək üçün belə etməliyəm”.
Şaken ölkəmizə uyğunlaşmaqda ona kömək edənlərin da qeyd edib: “Qarabağ”da çıxış edən Lerpy Corcun məndən o qədər də uzaqda yaşamamasına sevinirəm. O, məndən əvvəl bura gəldiyindən bir çox məsələlərdə mənə kömək edir. Sürücümü də unutmayın. Onun mənə çox xeyri dəyir. Mən şəhəri yaxşı tanımıram. Həm də Bakıda maşınları dəli kimi sürürlər. O, təkcə sürücü deyil, həm də tərcüməçi kimi mənə kömək edir”.
Hollandiyalı Azərbaycanda şahidi olduğu azarkeş azlığından narazıdı: “Çox təəccüblüdü ki, oyunların az qala hamısı iş günləri, günorta keçirilir. Burada azarkeşlərin bilet almağa imkanı olmadığından matçlara yalnız imkanlı şəxslər gəlir. Onlar bahalı “Range Rover”ləri ilə arenaya gəlir”.