[b]“Bakıdakı oyun haqda düşünməyəcəyik”[/b]
11.12.2014 - 00:01
[b]“Bakıdakı oyun haqda düşünməyəcəyik”[/b]

“Ölkə  çempionatda biz yalnız son matçlarda qalib gəlmə bilmədik. İndi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşırıq”. Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Dnepr”in baş məşqçisi Miron Markeviç deyib.

 

Təcrübəli çalışdırıcı bu gün “Sent-Etyen”lə keçiriləcək  oyunöncəsi fikirlərini bildirib.

 

“Bütün o matçlarda biz qalib gəlməyə çalışırdıq, amma alınmadı. Növbəti oyunlara baxmaq lazımdı. Sabah (bu gün) bizim üçün ağır oyun olacaq. Əgər qələbə qazanacağıqsa, son uğursuzluqlar unudulacaq. Növbəti ildə yenidən Avropa Liqasında oynayacağıq. Bu, bizim hədəfimizdi. “İnter”in köməyinə ümid edirikmi? Biz Bakıdakı oyun haqda düşünməyəcəyik, yalnız diqqətimizi “Sent-Etyen”lə matça yönəltmək gərəkdi”.

 

Qeyd edək ki, “Dnepr” – “Senr-Etyen” matçı bu gün Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.