İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
“Atletiko” doğma “Sevilya” ilə üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə bitib.
“Valensiya” isə “Alaves”i eynihesablı məğlubiyyətlə yola salıb.
Kataloniya derbisində “Barselona” “Espanyol”a yenilib.
“Real” isə “Leqanes”lə üz-üzə gəlib. Bu oyunun taleyini bir qol həll edib. "Kral klubu" Asensionun son dəqiqədə vurduğu qola sevinib.
Qeyd edək ki, mərhələnin cavab oyunları yanvarın 24, 25 və 26-da keçiriləcək.
İspaniya Kral Kuboku
1/4 final, ilk oyunlar
17 yanvar
“Atletiko” – “Sevilya” – 1:2
Qollar: Kosta, 73 – Moya, 80, Korrea, 88
“Valensiya” – “Alaves” – 2:1
Qollar: Quedes, 73, Rodriqo, 82 – Sobrino, 66
18 yanvar
“Espanyol” – “Barselona” – 1:0
Qol: Melendo, 88
18 yanvar
“Leqanes” – “Real” - 0:1
Qol: Asensio, 90