“Barselona”nın heyətində ciddi itkilər baş verib. Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun baş məşqçisi Luis Enrike İspaniya la Liqasının XIX turu çərçivəsində “Deportivo” ilə oyunda bir neçə aparıcı futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
Belə ki, komandanın döyünən ürəyi Xavi Hernandes zədə səbəbindən matçı buraxacaq. Təcrübəli yarımmüdafiəçinin sol baldır əzələsi dartılıb.
Bundan başqa, müdafiəçi Tomas Vermalen və Jeremi Matyo da qarşılaşmanı kənardan izləyəcək. Həmçinin, Enrike zədəli olan Braziliya millisinin hücumçusu Neymar da “18-liy”ə daxil etməyib.
Qeyd edək ki, “Deportivo” – “Barselona” matçı Bakı vaxtı ilə aat 22:00-da başlayacaq.