Filipp Koutinyonu heyətinə qatan “Barselona” indi də diqqətini “Atletiko”nun hücumçusu Antuan Qrizmanna yönəldib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, fransalı təklifə razılıq versə, Kataloniya klubunda ən çox maaş alan ikinci oyunçu olacaq.
Belə ki, “Barsa” rəhbərliyi Qrizmanna uruqvaylı hücumçu Luis Suaresin aldığı qədər məvacib verməyə hazırdı. 26 yaşlı futbolçuya 5 illik müqavilə təklif olunub.
“Barselona”da yalnız bir oyunçu Suaresdən çox maaş alır. Söhbət komandanın superulduzu Lionel Messidən gedir.
Qeyd edək ki, 2014-cü ildən “Atletiko”nun formasını geyinən Antuan Qrizmann cari mövsümdə ümumilikdə 17 matçda 7 qola imza atıb.