[b]“Barselona”nın futbolçusu qərarını verdi[/b]
04.01.2018 - 11:40
[b]“Barselona”nın futbolçusu qərarını verdi[/b]

“Barselona”nın müdafiəçisi Samuel Umtiti karyerası ilə bağlı qərarını verib. Apasport.az saytı “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “Mançester Siti”nin maraq dairəsində olan fransalı futbolçu İngiltərəyə köçməyə razılaşmayıb.

 

Umtiti “Barselona”da qalmağı üstün tutub. 24 yaşlı futbolçu kataloniyalıların heyətində titullar qazanmaq arzusunda olduğunu bildirib.

 

Bir müddət öncə “Mançester Siti”nin Umtitiyə görə 60 milyon avro ödəməyə hazır olduğu haqda xəbər yayılmışdı.

 

Qeyd edək ki, Fransa yığmasının da formasını geyinən Samuel Umtitinin “Barselona” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.