İspaniya kubokunun 1/8 final mərhələsində “Espanyol”la qarşılaşacaq “Barselona”nın start heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, maraqla gözlənilən yeni transferlərin oynayıb-oynamayacağına da aydınlıq gəlib.
Belə ki, mövsümlərarası fasilədə transfer edilən, ancaq FİFA-nın cəzası səbəbindən debüt etmək şansı qazanmayan türkiyəli futbolçu Arda Turan start heyətində meydana çıxacaq. Onunla birlikdə heyətə cəlb olunan Aleyks Vidal isə oyuna ehtiyat oyunçular skamyasında başlayacaq.
“Barselona”: Ter Ştegen, Dani Alves, Cerard Pike, Xavier Masçerano, Xordi Alba, Arda Turan, Serxio Buskets, Andres İnyesta, Messi, Suares, Neymar
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"