[b]“Barselona”nın ulduzu “Qalatasaray”a keçə bilər [/b]– İDDİA
14.03.2014 - 21:10
[b]“Barselona”nın ulduzu “Qalatasaray”a keçə bilər [/b]– İDDİA

 

 

“Qalatasaray”ın baş məşqçisi Roberto Mançini yay mövsümü üçün transfer hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatı “Qalatasaray”ın “Barselona”nın braziliyalı ulduzu Dani Alveslə maraqlandığını yazır.

 

İddiaya görə, “Qalatasaray” 2008-ci ildən bu yana Alvesi yaxından izləyir. Amma indiyə kimi onu almaq üçün imkan olmayıb. 30 yaşlı Alvesin mövsümün sonunda “Barsa”nı tərk edəcəyi ilə bağlı xəbərlər “Cim-Bom”a şans yaradıb.

 

Xəbərdə Alveslə İtaliya “Milan”ının da maraqlandığı vurğulanır. Amma çempionatda yaxşı oynamayan və Çempionlar Liqasına düşə bilməyən İtaliya klubunun şanslarının az olduğu vurğulanır.

 

 

 

  

0