[b]“Barselona”nın zədəlisi sağaldı[/b]
02.01.2018 - 23:13
[b]“Barselona”nın zədəlisi sağaldı[/b]

“Barselona”nın futbolçusu Usman Dembele sağalıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama verilib.

 

2017-ci ilin sentyabr ayında arxa əzələsində çəkilmə olan fransalı futbolçu 3.5 ay idi ki, meydana çıxa bilmirdi.

 

20 yaşlı hücumçunun La Liqanın növbəti həftəsində “Levante” ilə matçda meydana çıxacağı gözlənilir.

 

Qeyd edək ki, Dembele bu mövsümün əvvəlində Dortmund “Borussiya”sından “Barselona”ya transfer olunub.