“Bavariya” bir neçə aparıcı futbolçusu ilə yollarını ayıra bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 4 oyunçunun gələcəyi qeyri-müəyyəndi.
Bunlar müdafiəçilər Jerom Boatenq, Xuan Bernat, yarımmüdafiəçilər Arturo Vidal və Tiaqo Alkantaradı. Müqavilə müddəti gələn ilin yayına qədər olan Vidal yeni sözləşmə təklifini qəbul etməyib. Bernat komandadakı durumundan məmnun deyil. Tiaqonun çıxışı isə rəhbərliyi qane etmir.
O ki qaldı Boatenqə, onun da dünya çempionatından sonra ayrılması gözlənilir. Münhenlilər Boatenqə artıq əvəzləyici də tapıblar. Belə ki, Almaniya millisinin üzvü ayrılmaq qərarına gəlsə, Bundesliqa çempionu “Hoffenhaym”dan Kevin Foqtu transfer edəcək.