[b]“Bavariya”dan “qızıl dubl”[/b]
18.05.2014 - 10:26
Futbol üzrə Almaniya kubokunun qalibi müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, final matçında Dortmund "Borussiya"sı ilə "Bavariya" üz-üzə gəlib. Əsas vaxtı qolsuz başa çatan görüşdə əlavə vaxta ehtiyac duyulub. Məhz əlavə yarım saat ərzində iki qol vuran "Bavariya" qələbə qazanıb.
Bununla da, cari mövsüm Bundesliqanın qalibi olan Münhen təmsilçisi kuboka da sahib çıxmaqla "qızıl dubl"a imza atıb.
Almaniya kuboku
Final
17 may
“Borussiya” (Dortmund) – “Bavariya” - 0:2
Qollar: Robben, 107, Müller, 120+3.
0
0